Qadına qarşı xuliqanlıq edən şəxsin cəzası azaldılıb

07.09.2019 - 17:07

82368f91-94ea-4e7f-bdb2-e422bac8507eSumqayıt Apellyasiya Məhkəməsində qadına qarşı xuliqanlıqda və narkotik saxlamaqda təqsirli bilinən Rövşən Babayevin apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiya Xəzə Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən, onun barəsində çıxarılan 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.

Qeyd edək ki, hökmə əsasən, R.Babayev 7 may 2018-ci il tarixdə, gecə saat 01 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən “Lourve Plaza” şadlıq sarayının qarşısında əvvəlcədən tanımadığı vətəndaş Heydərova Fatma İslam qızına alışqan istəmək bəhanəsi ilə yaxınlaşıb. Qadın qorxaraq ona cavab vermədikdən sonra ona “sən məni güdürsən” deyərək heç bir səbəb olmadan zor tətbiq edərək hadisə yerindən yayınıb.

R.Babayev 18 oktyabr 2018-ci ildə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Giləzi qəsəbəsində saxlanılıb. Onun üzərində 6,92 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

R.Babayevə Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 234.1-ci (satış məqsədi olmadan narkotik əldə etmə) maddələri ilə ittiham verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132667

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930