“Subaru” avtobusa çırpılıb piyadaları vurdu – ölən var

12.09.2019 - 10:09

trend_ambulance_070309Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hacıyev Nihad Namiq oğlu idarə etdiyi “Subaru” markalı 99 UC 102 markalı minik avtomobili ilə Xətai rayonu, R. Quliyev küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan, Mirzəyev Anar Kazım oğlunun idarə etdiyi, “Vətən-Az” MMC-yə məxsus “İsuzu” markalı 99 JT 566 dövlət qeydiyyat nişanlı avtobusa çırpılaraq həmin vaxt avtobusdan düşən sərnişinlər – 1954-cü il təvəllüdlü Fərəcəliyeva Sara Bayram qızı və 1964-cü il təvəllüdlü Abdullayeva Tamella Cəfər qızını vurub. Hər iki piyada 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, T.Abdullayeva evə buraxıldıqdan sonra evində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=132877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31