Nazirlikdən “Cümhuriyyət”ə verilən məlumata əsasən, daxili işlər orqanları gün ərzində törədilən 19 cinayətin üstünü “isti izlər”lə açıb.
Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin təfərrüatları müəyyən olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.