YPX əməkdaşına ciddi XƏBƏRDARLIQ edilib

12.09.2019 - 18:12

92022015-4666-4568-8142-7c31be562877Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Yol Patrul Xidməti (YPX) avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması faktı ilə bağlı xidməti yoxlama aparılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, yoxlamanın nəticələri barədə kollegial qurum olan siravi və kiçik rəis heyətinin yığıncağında geniş müzakirə aparılıb, həmin YPX əməkdaşına ciddi xəbərdarlıq edilib: “Həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunmasında əsas məqsəd, gələcəkdə eyni qəbildən olan qəbahətlərə yol verə biləcək digər əməkdaşlara da xəbərdarlıq etmək olub”.

Qeyd edək ki, ötən ay YPX avtomobilninin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. Videoda YPX avtomobilinin yolun sağ zolağı boş olduğu halda, sol zolağı ilə asta sürətlə hərəkət etdiyi müşahidə olunur.

Yol hərəkəti qaydalarını pozan YPX əməkdaşı arxadan gələn avtomobillərə sağdan ötüb keçmələri üçün əli ilə işarə də verir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132927

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930