Paytaxtda iki maşın toqquşdu: ölən var
Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub.
Lent.az-ın məlumatına görə, bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı saytımıza Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 3 nəfər Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunub və onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilib. Daha sonra həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=132952