Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub

13.09.2019 - 13:06

6f5bd4c8-7fdb-4b87-8ce1-8676fe9f1882“Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində geri qaytarılması ilə bağlı müraciətlər daha çox Almaniya ilə bağlı olur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, xaricə gedərək pasportlarını, sərhəd keçmə sənədlərini itirən Azərbaycan vətəndaşları adətən readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəyə geri qaytarılırlar: “Bu cür müraciətlər olan ölkələrin statistikasında Almaniya nisbətən ön yerdədir”.

V.Hüseynov əlavə edib ki, bu hal dünyanın hər yerində var: “Azərbaycanda isə belə halların sayı qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstan və Ermənistan əhalisinin say nisbətini nəzərə alsaq, bu ölkələrdə qaçqın statusu almaq üçün digər ölkələrə getmə ilə bağlı müraciətlərin sayı Azərbaycandan 2 və ya 3 dəfə çoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=132954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31