“Azərnəşr”in yığılmış zərəri 6 milyon manatı keçib

16.09.2019 - 09:55

22644654-de1a-488f-902d-136e77a1c140“Azərbaycan” dövlət nəşriyyatının (“Azərnəşr”) cəmi aktivləri bu il yanvarın 1-nə 24,856 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,55% azdır.

Hesabat dövründə “Azərnəşr”in cəmi öhdəlikləri 8% azalaraq 5,335 milyon manata, cəmi kapitalı isə 2,25% azalaraq 5,335 milyon manata düşüb.

Nəşriyyat ötən ili 449 min manat xalis zərərlə başa vurub. Bununla da, qurumun yığılmış zərəri 6,099 milyon manata çatıb.

Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133084

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31