Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri apellyasiya şikayəti verib

16.09.2019 - 17:23

7f7e9a72-e173-49b2-8cd0-b720d5faa699Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “FUADAKVA” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

“Report”un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair protokol üzrə icraata xitam verib.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli bu qərarından Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov tərəfindən apellyasiya şikayəti verilib.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “FUADAKVA” MMC sauna və hovuzların tikintisi, avadanlıqla təmin edilməsi sahəsində ixtisaslaşmış şirkətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133117

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31