Gənc Tamaşaçılar Teatrının tavanı çöküb

17.09.2019 - 10:20

3ec4a75c-b892-48b7-a151-45481f5aa2d0Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

“Report”un xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş verib.

Faktı “Report”a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: “Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq”.

Qeyd edək ki, “Facebook”da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31