Qaxda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

17.09.2019 - 16:26

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri – 2003-cü il təvəllüdlü Taleh Elman oğlu Süleymanov, 1996-cı il təvəllüdlü Məhəmməd Vüqar Oğlu Abdullayev, 1987-ci il təvəllüdlü Səidə Kəmal qızı Nəzirova, 2002-ci il təvəllüdlü Bəhlul Vahid qızı İbrahimli və 2002-ci il təvəllüdlü Mahsun Ülfət oğlu Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 15:36

Qaxda baş verən yol qəzasında xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hazırda yaralıların müalicəsi davam edir.

***

Saat 15:29

Qaxda iki avtomobil toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xələftala kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31