Məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

17.09.2019 - 16:31

e387ae2b-380a-4628-9ac6-b61629912190Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

“Report”un məlumatına görə, rayonun Vəkillər Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O müraciətində bildirib ki, rayon sakini 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31