Şirvanda avtomobil beton dirəyə çırpılıb, 4 nəfər xəsarət alıb
Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=133188