Ağstafada iki nəfəri elektrik cərəyanı vurmasına görə, cinayət işi başlanılıb

18.09.2019 - 10:12

515d81c1cbca1ebAğstafada iki nəfəri elektrik cərəyanı vurması faktına görə cinayət işi başlanılıb.

Ağstafa rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Köçəsgər kənd ərazisində Tatlı dəmiryolu stansiyasında elektrik naqillərinin izolyatorlarını yenisi ilə əvəz etmək istəyərkən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Daşqın Mustafayevin hadisə yerində ölməsi, Ağstafa sakini Zaur Həsənovun xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci(əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub. Hadisədə təqsiri olacaq şəxslərin əməlinə hüquqi qiymət verilməsi təmin olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133217

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930