Şəkidə külli miqdarda narkotik bitki məhv edildi

18.09.2019 - 11:51

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Cümhuriyyət”ə verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133230

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31