Bakı-Quba yolunda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Bakı-Quba yolunda ağır yol qəzası olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobili toqquşduqdan sonra maşınlardan biri yanıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=133307