Azərbaycanın daha 4 güləşçisi dünya çempionatında məğlub olub

20.09.2019 - 14:29

255d849ee5ca404Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə start verilib. Bu çəki dərəcələrinin hər birində təmsil olunan Azərbaycan güləşçiləri məğlubiyyətə üzülüblər.

Onlardan Ağahüseyn Mustafayev (70 kq) təsnifat mərhələsində türkiyəli Heydər Yavuzla ağır görüş keçirib. Hesabda 0:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək 10:6 hesabı ilə qələbə qazanıb. Ancaq o, növbəti mərhələdə dünya çempionatının gümüş medalçısı Adam Batırova (Bəhreyn) məğlub olub – 2:5. Bəhreynli isə 1/4 final səddini keçə bilmədiyindən A. Mustafayev dünya çempionatındakı çıxışını dayandırıb.

Hacımurad Hacıyev (74 kq) ilk görüşdə sabiq dünya çempionu, Olimpiadanın ikiqat medalçısı Kumar Suşilla (Hindistan) qarşılaşıb. Rəqib 9:4 hesabıyla önə çıxsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən yığma üzvü qələbə qazanıb. O, rəqibini 11:9 hesabı ilə məğlub edib. H. Hacıyev 1/16 finalda 3 qat Avropa çempionu, Olimpiadanın və dünya çempionatının bürünc medalçısı Soner Demirtaşla (Türkiyə) üz-üzə gəlib. Növbəti dəfə əzmkar çıxışla diqqət çəkən pəhləvan II Avropa Oyunlarındakı məğlubiyyətin revanşını alıb – 5:2. O, 1/8 finalda özbəkistanlı Bekzod Abdurrəhmanov üz-üzə gəlib. Bu qarşılaşma da gərgin mübarizə şəraitində keçib. Görüşdən 12:9 hesabı ilə qalib ayrılan Hacımurad adını 1/4 finala yazdırıb. Lakin növbəti qarşılaşmasında Cordan Barrous (ABŞ) onun çempionluq yolunu kəsib. Təmsilçimiz 1:8 hesabı ilə uduzub.

Şamil Zubairov (92 kq) debütdə qələbə qazanmağa yaxın olsa da, son saniyələrdə üstünlüyü əldən verərək, Türkiyə təmsilçisi Süleyman Qaradənizə 6:7 hesabıyla yenilib. Onun rəqibi də növbəti mərhələdə uduzduğundan, güləşçimiz yarışla vidalaşıb.

125 kq-da çıxış edən Cəmaləddin Məhəmmədov startda Belarus idmançısı Vitali Pyaşnyakdan güclü olub. O, 9:1 hesabı ilə qələbə qazanıb. Yığmanın təcrübəli üzvü ardınca alman rəqibi Nik Matuxini də üstələyərək 1/4 finala vəsiqə qazanıb (5:1). Yarımfinal üçün çinli Jivey Denqlə qüvvəsini sınayan C. Məhəmmədov 0:3 hesabı ilə məğlub olaraq, çempionluq şansını itirib.

Bu çəki dərəcələrindən 74 kq və 125 kq-da ilk “6-lıq”da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.

Qeyd edək ki, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Yığmanın heyətində Mariya Stadnik (50 kq) qızıl, Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Elis Manolova (65 kq) bürünc medal qazanıb. M. Stadnik çempion olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=133371

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031