Azərbaycanlı əlillər etiraz aksiyası keçiriblər

23.09.2019 - 14:21

0a3f773b-486a-48c6-a0fd-29b61bba727bGürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri Marneuli rayonunda etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya Marneuli rayonunun bələdiyyə binasının qarşısında baş tutub.

Etirazçılar Marneuli rayon rəhbərliyinin əlil şəxslərə lazımı qayğı və diqqət göstərməməsindən şikayətləniblər.

Assosiasiyanın sədri Rövşən Əliyev bildirib ki, Gürcüstanda yaşayan fiziki məhdud və xüsusi qayğıya ehtiyacı olan azərbaycanlı vətəndaşların hüquqları tapdalanır və onların problemləinə biganə yanaşılır.

Etirazçılarla görüşən Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib ki, builki yerli büdcə əlillərin üzləşdiyi bütün problemlərin həll olunması üçün kifayət etmir. O deyib ki, 2020-ci ilin büdcəsi üzərində iş aparılır və gələn ildən xüsusi qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həllinə səylər göstəriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=133439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31