Bakıda gəlinini baltalayan qayınata tutulub
Bakıda ötən gün 30 yaşlı gəlinini baltalayaraq qətlə yetirən şəxs tutulub.
APA-nın məlumatına görə, Xəzər rayonu Binə qəsəbəsində 4 uşaq anası olan 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı qayınatası – əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov ailə münaqişəzi zəminində baltalayaraq öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən F.Məhərrəmov saxlanılıb və cinayəti etiraf edib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
***
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük Sovxozunda qayınata gəlini baltlayaraq qətlə yetirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları hadisə yerinə gedib.
Hələlik, qətl törədən və ölən şəxsin şəxsiyyəti məlum deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=133492