DGK güclü təsiredici maddənin ölkəyə gətirilməsinin qarşısını alıb

25.09.2019 - 18:37

88a4eedb-427f-4ed9-86d2-26203c5f91bfBeynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Cümhuriyyət”ə verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz halında maddə olan və üzərində “ArchCafe Cappuccino Dua (Coconut Cappuccino)” sözləri yazılmış 1 ədəd kağız paket aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən paketin içərisində təmiz çəkisi 17,715 qram olan ağ rəngli toz şəkilli maddənin tərkibini stanolon (androstanolon) adlı dərman preparatı təşkil edir. Bu dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir və aşkar edilən kütlədə təsiredici maddənin ümumi miqdarı 7,11 qramdır.

Beləliklə, gömrükçülər tərkibi stanolon (androstanolon) adlı dərman preparatından ibarət olan maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә, yəni həmin maddəyə digər mal görüntüsü verilməklə, paketdə qablaşdırılmaqla keçirilməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133611

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31