Akif Çovdarov kassasiya şikayətini geri götürüb

26.09.2019 - 11:34

895d8c61dd0f58fLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Akif Çovdarov kassasiya şikayətini geri götürüb.

Qeyd edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib, cinayət işi üzrə 33 milyon manatlıq dəyərində olan əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan A. Çovdarov və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A. Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A. Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31