Xırdalanda işığın kəsilməsinin səbəbi açıqlandı

26.09.2019 - 16:54

modern.az_ax-2016-12-07-elektrik-xetleri-1_823Abşeron rayonunun Xırdalan şəhərində bəzi ərazilər işıqsız qalıb.

Xırdalanda tikilən yarımstansiya ilə əlaqədar Abşeron rayonu və şəhərin bir hissəsində, xüsusən də Quşçuluq massivi kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, yeni tikilən 110 kVt-luq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir:

“Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=133660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31