Şantajla iş adamının 1 milyon dollarını ələ keçirmək istəyən ər-arvad tutulub

27.09.2019 - 14:38

eaa7689a91020b0eae57934b6fef5850Türkiyədə azərbaycanlı iş adamının 1 milyon dollarını şantaj yolu ilə ələ keçirməyə cəhd edən ər-arvad saxlanılıb.

APA-nın xəbərinə görə, bu il sentyabrın 23-də Türkiyədə turizm sahəsində bizneslə məşğul olan Azərbaycan vətəndaşı N.N. İstanbulda polisə müraciət edərək, 5 ildir, yanında işləyən şəxs tərəfindən şantaj edildiyini bildirib: “Yanımda işləyən Özgür.K. həyat yoldaşının telefonu ilə mənə zəng edərək, əlində intim görüntülərimin olduğunu dedi və 1 milyon dollar istədi. Pulu verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını və ailəmə bildirəcəyini dedi. Hətta Azərbaycan mətbuatına xəbər ötürəcəyini bildirdi”.

Müraciətlə əlaqədar əməliyyat keçirən polis həmin şəxsi arvadı Esin K. ilə birlikdə Ərzurumda yaxalayıb.

Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi müəyyənləşib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31