Xəstə at ətləri aşkar edildi

27.09.2019 - 15:30
Xaçmazda insan istehlakı üçün yararsız ət aşkarlanıb.
Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbiri AQTA əməkdaşları Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində keçiriblər.
Xaçmaz Rayon sakini Nicəsur Mövsümə məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkarlanaraq götürülüb. Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=133705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31