Fədayə Laçının vəkili mətbuat konfransı keçirib

27.09.2019 - 17:31

d4f76643-a074-4eea-ab30-a744aff09f89“14 illik vəkillik fəaliyyətimdə belə səmərəsiz proses görməmişəm. İlk dəfədir ki, bir prosesin 12 dəfə təxirə salındığını görürəm”.

”Report” xəbər verir ki, bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib.

Vəkil bildirib ki, məhkəmədən Fədayə Məmmədovaya (Laçın) qarşı heç bir humanist addım atılmayıb.

“Biz Apellyasiya Məhkəməsinin qərarını gözləyirik ki, bundan sonrakı addımımızı müəyyən edək. Əlimizdə qərar olmadığından biz nə edəcəyimizi bilmirik. Bu gün Ali Məhkəməyə kassasiya şikayəti versək, mənə deyəcəklər ki, sənin əlində Apellyasiya Məhkəməsinin qərarı yoxdur. Bizə heç bir səbəb demədən artıq məhkəməni 12 dəfə təxirə salırlar. Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır”.

Vəkil daha sonra qeyd edib ki, 9 xalq artisti F. Laçın barədə humanist qərarın verilməsi üçün ölkə rəhbərliyinə müraciət edib

“Xalq artistləri Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin ölkə rəhbərliyinə müraciəti olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitəsi ilə müraciət edərək prosesin ədalətlə keçirilməsini xahiş edirəm”.

Qeyd edək ki, F.Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31