Bakıda oğurlanan seyfin sahibi estrada müğənnisi imiş – FOTO

30.09.2019 - 11:22

f471967c-097d-46b8-b40e-48d79aa604deBakıda dəstə üzvləri tərəfindən oğurlanan seyfin sahibi estrada müğənnisidir.

“Report”un xəbərinə görə, ötən həftə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan estrada müğənnisi Fuad Musayevə məxsus mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb

Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb.

Həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq, yenidən oğurluq edib.

Qeyd edək ki, F.Musayev “FM Express” estrada qrupunun banisi və solistidir.

d53b47cb-6099-481e-a3eb-443bd4075eee

Short URL: http://www.cumhuriyyet.net/?p=133795

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31