Bakıda sərxoş sürücü 16 yaşlı qızı maşınla vuraraq öldürüb

30.09.2019 - 11:24

805d91a4457c652Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında qeydə alınıb. 1990-cı il təvəllüdlü Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddəsi ilə cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31