Cəbhədə erməni əsgərlərini robotlar əvəzləyə bilər

30.09.2019 - 12:11

modern.az_robot_122Ermənistan rəhbərliyi təmas xəttində hərbi qulluqçuların robotlarla əvəz olunmasını müzakirə edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ararat-Antiterror-2019” hərbi təlimləri zamanı “Lokator” şirkəti avtomatik döyüş modulu – pulemyot təqdim edib.

Tam avtomatik döyüş modulu olan pulemyot hədəfləri özü tapır və operatora distansion məlumat ötürür. Atəş düyməsinə basmaq opetarorın məsuliyyətində qalır” – deyə şirkətin həmtəsisçisi Arman Xaçaturyan açıqlama verib.

7.62 mm kalibrə malik pulemyot yer səthindən 40 santimetr yuxarı qalxır və hədəf məlum olan zaman atəş açır.

Xaçaturyan bu silahların əsgər funksiyaları icra etdiklərini və yeni avtomatik silahların yaradılmasına çalışdıqlarını deyib.

Onun fikrincə, yaxın 20 ildə avtomatik döyüş modulları təmas xəttində duran əsgərləri əvəzləyə biləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=133799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31