Milli Məclisin qanunvericilik işləri planı təsdiqləndi – Nələr müzakirə ediləcək?

30.09.2019 - 14:09

azerbaijan_parliamentMilli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.

İşlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan, o cümlədən “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi haqqında”, “Kinematoqrafiya haqqında”, “Yazılı abidələr haqqında”, “Daxili qoşunlar haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Turizm haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrinin müzakirəyə çıxarılması və bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilir.

Plan müzakirələrdən sonra təsdiq edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31