“Gəncə hadisələrinə görə tutulanların cinayəti tam sübuta yetirilib” – Zakir Qaralov

01.10.2019 - 11:10

305d92f8cba2b30“Gəncədə baş vermiş hadisələrə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib”.

APA-nın məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gəncə şəhərinin sabiq icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən, kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir.

“Biz prokurorluq olaraq hər birinin istintaqını aparmışıq və kifayət qədər sübut əldə etmişik. Məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, onların cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”, – deyə Z. Qaralov vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=133882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31