Ziya Məmmədovun şeirləri üzə çıxdı: – “Aldanma bu keyfə, hala, ver, getsin…”

01.10.2019 - 12:26

modern.az_1569915395_1_833Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə etmişik.

Qaynarinfo xəbər verir ki, keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri redaksiyamıza təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı..

Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.

Sabiq “nəqliyyat şefi”nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:

Nəsihət

Aldanma dünyada şərə, yalana.
Dadanma zibaya, zərə, talana.
Nadanın haqqını aqil olana
Zalımın haqqını qula ver, getsin

Həyat dodağıma qonur ah kimi,
Bəzən nəğmə kimi, “Çahargah” kimi,
Nə fərqi qul kimi, ya da şah kimi –
Ömür də bir yoldu, yola ver, getsin

Daraldı dostların sırası, sayı,
İndi dualardı qəlbimin payı,
Hafiz, nə edirsən qızıl sarayı
Aldanma bu keyfə, hala, ver, getsin

*

Artıq payız fəslidir,
Yağış, külək, ayaz…
Könlüm dilə gəlir,
deyir yenə yaz…
Günəş yuxuludur, buludlar gümrah.
Darıxır budaqlarda mandarin, nar,
Qəlbimdə həsrətin kədəri var…

*

Əzizinəm dağdadı,
Arandadı, dağdadı.
Bülbül azıb meşədə,
Gülü isə bağdadı.

Əzizinəm, yar olsun,
Heyva olsun, nar olsun.
Dar gündə həyan olan
Köhnə dostlar var olsun.

Əzizinəm, qalasan,
Yaman günə qalasan.
Ötən günə gün çatmaz,
Günü-günə calasan.

Short URL: http://www.cumhuriyyet.net/?p=133896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31