Bank kartlarından oğurluq edən şəxs – “Cəmi 40 min…”

01.10.2019 - 13:42

6c696682-c2c7-4e48-af6d-ecdd34eaa6e8Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və kibercinayətkarlıq yolu ilə bank kartlarından pul çıxarmaqda təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzə proses keçirilib.

“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manatı şəxsi hesablara köçürərək nağdlaşdırıb.

Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinəm Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

İttihama görə, S.Nəzərli banka, ümumilikdə, 62 min manat zərər vurub.

Səddam Nəzərli itttihamda dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini, cəmi 40 min manat ələ keçirdiyini bildirib.

Məhkəmədə bankın nümayəndəsi 39 min manatlıq iddia qaldırıb və bildirilib ki, məbləğin digər hissəsi bank tərəfindən geri alınıb.

Məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, S.Nəzərliyə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=133901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31