Camal Qaşıqçının nişanlısı – “Diqqətləri əsl cinayətkarladan yayındırmağa çalışırlar”

01.10.2019 - 16:02

98c9710723ef0abefbcd8bfbda2ae1d8Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının nişanlısı Hatice Cengiz “Washington Post” qəzeti üçün “ədalət axtarışım davam edir, gerçəklər çox uzaqda deyil” başlıqlı məqalə yazıb.

“Camalın öldürülməsinin üzərindən bir il keçib. Bu müddət ərzində həqiqəti tapmaq və ədalət çağırışı etmək üçün dünyanı gəzdim, ancaq təəssüf ki, bu işdə əli olan insanları tapmaq üçün heç kimin mübarizə aparmadığını gördüm”, – deyə Hatice Cengiz bildirib.

Musavat.com xəbər verir ki, Cengiz Səudiyyə Ərəbistanı hökumətinin cinayətdə əli olduğunu düşündüyü bir neçə şəxsi həbsə atsa da, bütün bunların diqqətləri əsl cinayətkarların üzərindən yayındırmaq üçün edildiyini düşünür:

“Həbs edilən şübhəlilərin bu qorxunc cinayəti təkbaşına etmədiklərinə əminəm” – deyə Cengiz qeyd edib.

Qaşıqçı cinayətinin bütün dünyada böyük rezonansa səbəb olduğunu bildirən Cengiz yazıb: “Camalın qorxunc bir şəkildə öldürülməsi dinin, dilin və coğrafiyanın sərhədlərini aşan bir məsələdir. Bu, artıq insanlıq məsələsəidir. Qaşıqçı cinayətində məsuliyyətin kimdə olduğunu bilsə də, heç bir Avropa ölkəsi Səudiyyə hökuməti ilə bağlı tədbirlər görmədi”.

Cengiz eyni zamanda Donald Trampı Qaşıqçı cinayətinə kifayət qədər diqqət ayırmadığı üçün tənqid edərək Trampın lap əvvəldən öz milli hədəflərini insan haqlarının fövqünə qoyduğunu bildirib.

“Tramp ABŞ qanunlarının əsasında dayanan insan haqları və söz azadlığı kimi anlayışları önəmsəmir və Amerikanın qədim dəyərlərini mənasızmış kimi göstərməyə çalışır”.

Hatice Cengiz bütün bunlarla yanaşı, haqqın gec və ya tez öz yerini tapacağına və ABŞ-ın da həqiqətin yanında olacağına ümidli olduğunu bildirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=133914

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31