Məşhur Ticarət Mərkəzinin həbsdəki sahibindən YENİ XƏBƏR
Bakı Apelyasiya Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə S.Vəliyevin apelyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-ci il təvəllüdlü S.Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=133952