Taleh Bağırzadənin həyat yoldaşı barədə cinayət işinə xitam verilib

02.10.2019 - 15:43

a8c1e8ec-940b-443f-a953-e3919c1757da“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.

“Report”un xəbərinə görə, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı idi.

Penitensiar Xidmət martın 21-də yaydığı məlumatda bildirilirdi ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Bu maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=133973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31