Bakı polisindən icazəsiz aksiya çağırışlarına münasibət

03.10.2019 - 11:07

525d9593a398b1dBakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.

Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib. Onlar şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=134012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31