ABŞ-a gələn miqrantlardan DNT nümunələri toplana bilər

03.10.2019 - 11:14

b7281cb0-9908-4ab5-97a4-00efd6e04a7e_640ABŞ hakimiyyəti miqrantlar və ölkədən sığınacaq istəyən şəxslərdən DNT nümunələri toplayaraq onları cinayətkarların məlumat bazasına daxil etmək niyyətindədir.

“Report” un məlumatına görə, bu barədə “New York Times” ABŞ-ın Daxili Təhlükəsizlik Departamentindəki mənbələrinə istinadən yazıb.

Nəşrin bildirdiyinə görə, təklif qəbul edilərsə, bu, həmçinin ABŞ-ın xüsusi həbs yerlərində saxlanılan təxminən 40 min insana da şamil edilə bilər.

Bununla da, Federal İstintaq Bürosu tərəfindən idarə olunan məlumat bazası əhəmiyyətli dərəcədə genişlənəcək. Belə ki, əvvəllər yalnız ən az cinayət törətməkdə ittiham olunan insanlar haqqında məlumatlar toplanırdı.

Qəzet qeyd edir ki, DNT nümunələrinin toplanması proseduru həm qanuni sığınacaq istəyənlərə, həm də uşaqlara şamil ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=134013

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31