Bakı və Abşerondakı bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

04.10.2019 - 15:49

815d9729dde01992019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb.

Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən APA-ya verilən məlumata görə, “Zığ-1” sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Məlumata əsasən, Binəqədi I mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bundan başqa Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

Abşeron rayonu, Nübar qəsəbəsindəki sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Xəzər rayonu, Qala qəsəbəsindəki sahədə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134107

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31