ATU-nun bir qrup rezidenti etiraz etdi – RƏSMİ CAVAB

04.10.2019 - 16:43

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) bu gün Səhiyyə Nazirliyinin binasının qarşısında toplaşan tələbələrlə bağlı məlumat verib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi etirazlarla bağlı qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:
“Səhiyyə Nazirliyi bu məsələnin həlli – yəni, ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir”.
Qeyd edək ki, nazirlik qarşısına toplaşan bir qrup tələbə rezidenturada təhsil almaq üçün illik ödədikləri 4 000 manatın ləğv olunmasını istəyirlər. Onlar bununla bağlı bildiriblər ki, rezidentura təhsilinə 2011-ci ildə başlanılıb və qəbul ancaq dövlət sifarişi əsasında aparılıb. Ötən il isə dəyişiklik edilərək, ödənişli əsaslarla qəbul həyata keçirilib. Buna baxmayaraq, bu il yenidən rezidentura təhsili almaq istəyənlərin qəbulu yalnız dövlət sifarişi əsasında aparılıb. Bu səbəbdən də tələbələr ödədikləri məbləğin ləğvini istəyirlər.
Əlavə edək ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.
Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır.
Həmçinin Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsilin dövlət sifarişi əsasında həyata keçirilməsi nəzərdə tutulub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134116

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930