“Baş həkim bizdən 3000 manat pul istədi…” – Göyçay sakini şikəst övladına əlillik dərəcəsi ala bilmir

04.10.2019 - 17:36

1Göyçay rayonu Bığır kəndində qeydiyyatda olan, lakin hazırda Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi döngə 1, ev 3 ünvanında kirayədə yaşayan Məhərrəmova Günay Rafiq qızı şikəst övladına əlillik dərəcəsi ala bilməməsindən gileylənir.

“AzPolitika.info”ya məktub göndərən G.Məhərrəmova 9 yaşlı övladı Məhərrəmov Vaqif Elşən oğlunun anadangəlmə şikəst olduğunu bildirir.

Göyçay sakini övladının həkim səhlənkarlığı səbəbindən şikəst olduğunu yazır: “Övladım doğuş zamanı həkim səhlənkarlığı nəticəsində şikəst olub. Onda qavrama, dərk etmə funksiyasının geriliyi, hər iki əllərinin hərəkətlərində məhdudiyyət var. Həmçinin, tam, normal danışa da bilmir. Xəstə övladımı Bakı şəhərində uzun müddət müalicə etdirsək də, sağalda bilmədik. Hazırda Vaqifin qolları işləmir, bir əli ilə çay içəndə, yaxud yemək yeyəndə digər əli ilə dəstək verir. 3-cü sinifdə oxuyur, əlləri işləmədiyi üçün çantasını məktəbə mən aparıram, paltarını mən geyindirirəm.”

6G.Məhərrəmova məktubunda bildirir ki, Bakıda mütəxəssislər onun övladına əlillik dərəcəsi təyin edilməli olduğunu desələr də, Göyçay Rayon Uşaq Poliklinikasının baş həkiminin rüşvət tələbilə üzləşdikləri üçün buna nail ola bilmirlər: “Bakı Şəhər Uşaq Nevroloji Xəstəxanasında həkim Aygün Məstanova bizə bildirdi ki, bu xəstəliyə görə övladınıza əlillik dərəcəsi təyin edilməlidir. Biz də buna görə Göyçay Rayon Uşaq Poliklinikasının baş həkimi Elman Bilalova müraciət etdik. O isə bunun üçün bizdən 3000 manat pul istədi. Bizim maddi imkanımız yoxdur. Həyat yoldaşımın maaşı kirayə puluna və yeməyimizə güclə çatır. Xəstə uşağımızın davamlı müalicəsini maddi imkansızlığa görə təmin edə bilmirik. Çox acınacaqlı vəziyyətdə yaşayırıq.”

Şikayətçi baş həkimin poliklinikanı bazara çevirdiyini yazır: “Elman Bilalov Göyçay Rayon Uşaq Poliklinikasını açıq bazara döndərib. Şəxsən insanlar tanıyıram ki, tam sağlam olsalar da, Elman Bilalova pul verərək, əlillik dərəcəsi ala biliblər. Elman Bilalova istədiyi pulu verə bilmədiyimiz üçün o, qəddarcasına uşağımızın xəstəlik sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına qəsdən natamam formada göndərib. Bunun da nəticəsində komissiya əlillik dərəcəsi təyin olunmasından imtina edib.”

G.Məhərrəmova dəfələrlə aidiyyatı orqanlara müraciət etsə də, heç bir nəticə əldə olunmadığını bildirir: “Mən bu qanunsuzluq barədə aidiyyatı mərkəzi orqanlara çoxlu sayda şikayət ərizələri ilə müraciətlər etsəm də, heç bir tədbir görülməyib.”

Sonda mətbuat vasitəsilə Mehriban xanım Əliyevaya üz tutan G.Məhərrəmova, 9 yaşlı şikəst övladına qanunla verilməli olan əlillik dərəcəsinin təyin edilməsində ona köməklik göstərilməsini və E.Bilalovun əməllərinin araşdırılmasını xahiş edir.

Göyçay Rayon Uşaq Poliklinikasının baş həkimilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

“AzPolitika.info” E.Bilalovun da mövqeyini dərc etməyə hazırdır.

“AzPolitika.info”

12345678

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=134123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930