Polad Bülbüloğlunun qardaşına qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb

07.10.2019 - 16:52

795d9b2b4cc7318Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədova qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb.

APA-nın məlumatına görə, araşdırmalar zamanı məhkum Nəsibov Məmməd Nəsiboviçin başqa cinayət əməlləri ortaya çıxıb. O, Qasımov Kənan Nəbi oğlu ilə birlikdə daha 3 nəfərə qarşı dələduzluq edib.

Cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M. Nəsibov Çingiz Məmmədova Abşeronda yaşayış evi tikdirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134198

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31