Bakıda süpürgəçini maşın vuraraq öldürüb – YENİLƏNİB
Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində qəza zamanı ölən süpürgəçinin şəxsiyyəti müəyyənləşib.
APA-nın məlumatına görə, avtoqəzada həyatını itirən şəxs Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Mirzəyeva Gülbacı Sənan qızıdır.
***
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, Sabunçu rayou ərazisində qeydə alınıb.
Mənzil İstismar Sahəsinin yolu süpürən işçisini maşın vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=134370