Gürcüstanda silahlı insident – Azərbaycanlı yaralanıb
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun mərkəzində silahlı insident baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə çayxanalardan birində olub.
Nəticədə yerli sakin olan bir azərbaycanlı yaralanıb.
Hadisə yerinə polis və ekspert kriminalistlər cəlb olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=134378