“AXCP üzvlərinin piketə görə tutulması barədə məlumatlar yalandır” – RƏSMİ

10.10.2019 - 17:05

baki_sheher_bash_polis_idaresi_230917“AXCP üzvlərinin – Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə “Cümhuriyyət“ə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, onlar piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb: “Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan – əvəllər CM-nin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-nin 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31