Joze Mourinyo komanda seçimini edib

10.10.2019 - 17:22

mourinyoTanınmış portuqaliyalı məşqçi Joze Mourinyo gələcək karyerası ilə bağlı seçim edib.

APA-nın məlumatına görə, bunu Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olyas açıqlayıb.

O, J.Mourinyonun Liqa1 klubunun baş məşqçisi olmaqdan imtina etməsinə şərh verib: “Biz onunla mesajlaşdıq. Söhbətimiz çox xoş keçdi. Amma bizim təklifimizi qəbul etmədi. Çünki özünün yeni klubunu müəyyənləşdirib”.

Silvinyonu istefaya göndərən “Lion” onun yerinə məhz J.Mourinyonu gətirmək istəyib. Braziliyalı cari mövsümün startındakı uğursuzluğa görə postundan kənarlaşdırılıb.

Böyük Britaniya KİV-i mütəxəssisin “Real” və ya “Tottenhem”də çalışmaq istədiyini iddia edir. O, “Mançester Yunayted”dən ayrıldıqdan sonra 10 aya yaxındır işsizdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134398

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31