Bu təyyarələrdə çatlar aşkarlanıb

11.10.2019 - 11:16

925da02787a4f41Müfəttişlər onlarla “Boeing 737 Next Generation” tipli təyyarələrində təhlükəli çatlar aşkarlayıblar. Qüsur hər iyirminci təyyarədə qeydə alıb.

“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, çatlar əsasən təyyarələrin gövdəsi ilə qanadının birləşməsində aşkarlanıb. Ümumilikdə dünya miqyasında sınaqdan keçirilmiş 810 “Boeing 737 Next Generation” təyyarəsindən 38-də ciddi nasazlıqlar müşahidə olunub.

“Boeing” şirkətindən bildirilib ki, nasaz laynerlər təmirə göndəriləcək. ABŞ-da uçuşlar yerinə yetirən bütün bu təyyarələr artıq uçuşlardan kənarlaşdırılıb.

Mütəxəssislərin fikrincə, hər bir təyyarədə qüsurların aradan qaldırılması üçün orta hesabla 60 gün vaxt tələb olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, şirkət tərəfindən 7 minə yaxın “Boeing 737 Next Generation” təyyarəsi istehsal olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=134415

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31