Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb – 8 nəfər ölüb

11.10.2019 - 11:45

iraqİraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Zəvvarların olduğu avtobus İranın Mehran şəhəri yaxınlığındakı nəzarət məntəqəsindən keçərək İraqa daxil olub. Hadisə sərhəd yaxınlığında baş verib. Qəzanın dəqiq yeri barədə məlumat verilmir.

Qeyd edək ki, hər il minlərlə zəvvar “Ərbəin” günü ilə əlaqədar İraqın Kərbəla şəhərinə səfər edir. Bu il “Ərbəin” günü oktyabrın 19-na təsadüf edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134419

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31