Bakı sakinindən külli miqdarda narkotik maddə götürülüb

12.10.2019 - 15:04

0485ac104c1d394a792d8207aae9204aXəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilib.

E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31