Zaqatalada canavarlar təxminən 40 qoyunu parçalayıb

14.10.2019 - 10:15

825da3ffddea72fZaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.

Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb.

Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31