16 yaşlı qızı maşın vurub
Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Babayeva Jalə Aydın qızını avtomobil vurub. Vəziyyəti ağır olan 16 yaşlı qız Bakıdakı xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=134509