“Qızlarına qarşı seksual zorakılıq edib…” – Xaçaturyan barədə ekspertiza rəyi açıqlanıb

14.10.2019 - 15:15

Ötən ilin yayında Moskvada öz doğma qızları tərəfindən amansızlıqla qətlə yetirilən erməni iş adamı Mixail Xaçaturyan barədə tibbi ekspert rəyi açıqlanıb“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, ekspertiza Xaçaturyanın hadisə zamanı anlaqlı vəziyyətdə olduğunu, eləcə də ümumilikdə alkoqol və narkotik düşkünlüyündən əziyyət çəkmədiyini müəyyən edib.

Lakin kifayət qədər ziddiyyətli olan və birmənalı qarşılanmayan ekspertiza rəyində göstərilir ki, M.Xaçaturyan öz doğma qızlarına qarşı “seksual zorakılığa yol verib və azyaşlılara qarşı marağı olub”. Lakin rəydə onun konkret olaraq kimlərə maraq göstərdiyi və hansı əməllərə yol verdiyi barədə heç nə deyilmir. Ekspertiza həmçinin müəyyən edib ki, erməni iş adamı potoloji olaraq qadınlara nifrət edib, onları alçaltmaqdan, hədələməkdən və s. zorakılıq hərəkətlərindən xoşu gəlib. Ancaq bununlıa yanaşı onun əqli zəiflikdən, yaxud hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən olunub.

Qeyd edək ki, atalarına çoxsaylı bıçaq zərbələri endirməklə onu xüsusi amansızlıqla qətlə yetirən 3 qız barədə cinayət işi açılaraq, həbs olunsalar da, Rusiyada böyük əks-sədaya səbəb olan bu hadisəyə münasibət birmənalı deyil.

1568124542_69779080_368301077406859_5635041695587368960_n

Xaçaturyanın qohumları hesab edirlər ki, erməni iş adamı qızlarının əxlaqsız davranışlarına görə onlara təzyiq göstərib. Buna görə də qızları onu qətlə yetiriblər. Lakin qızları müdafiə edənlər də kifayət qədər çoxdur və ehtimal olunur ki, bu ziddiyyətli ekspert rəyi də öz atalarını qanına qəltan edən qızların bəraət almasına, yaxud cəzalarının yüngülləşdirilməsinə xidmət edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=134529

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31